RU

“Sabah” 10 nəfərlə “Qarabağ”ı məğlub etdi

Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, günün ikinci matçında “Qarabağ” “Sabah”la qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş Masazır təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qol 45-ci dəqiqədə Abdulla Xaybullayev tərəfindən vurulub. Lakin yarımmüdafiəçi 46-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu nəticədən sonra “Sabah” xallarını 69-a yüksəldərək çempionluq yarışında mövqeyini daha da gücləndirib. İkinci pillədə qərarlaşan “Qarabağ”ın 56 xalı var və komandanın ehtiyatda bir oyunu qalıb.

Günün ilk görüşündə “Karvan-Yevlax” “Şamaxı” üzərində 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, turun oyunlarına aprelin 19-da yekun vurulacaq. Daha əvvəl “Turan Tovuz” “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə məğlub edib, “Zirə” – “Neftçi” görüşü isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Избранный
54
90deqiqe.az

1Источники