RU

“Real”ın iki futbolçusu “el klasiko”nu buraxacaq

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

“Real” iki itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, “kral klubu”nun futbolçuları Rodriqo və Tibo Kurtua sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Çempionlar Liqasında “Borussiya” ilə oyunda (5:2) sıradan çıxan hər iki oyunçu həftəsonu “Barselona”ya qarşı keçiriləcək La Liqa matçını buraxacaq.

Oktyabrın 26-da keçiriləcək “Real” – “Barselona” oyunu saat 23:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
futbolpress.az

1Источники