RU

Rusiya 50%-dən 7%-ə düşdü – Azərbaycan Çexiyada rekord qırdı

Çexiyanın enerji bazarında ciddi dəyişiklik baş verib.

Musavat.com xəbər verir ki, 2025-ci ilin yekunlarına görə Azərbaycan bu ölkənin ən böyük neft tədarükçüsünə çevrilərək ümumi idxalın 42 faizdən çoxunu təmin edib.

Ceske noviny nəşrinin yaydığı məlumata görə, uzun illər bazara dominantlıq edən Rusiyanın payı kəskin şəkildə azalaraq əvvəlki 50 faizdən yuxarı göstəricilərdən cəmi 7,7 faizə qədər geriləyib. Bu isə Moskvanın Çexiya neft bazarındakı lider mövqeyini faktiki olaraq itirməsi deməkdir.

Ümumilikdə, Çexiya 2025-ci ildə 6,85 milyon tondan çox neft idxal edib ki, bu da illik müqayisədə 5,5 faiz artım deməkdir. İdxal strukturunda Azərbaycanla yanaşı Norveç, Qazaxıstan və Səudiyyə Ərəbistanının da payı artıb.

Ekspertlər Rusiyanın payının azalmasını əsasən “Drujba” boru kəməri ilə tədarüklərin mart ayından etibarən dayanması və hələ də bərpa olunmaması ilə izah edir. Bunun fonunda Çexiya alternativ mənbələrə yönələrək enerji təhlükəsizliyini gücləndirməyə çalışır.

Musavat.com

Избранный
1
1
musavat.com

5Источники