RU

Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc vəfat etdi

Sumqayıt şəhərində gəncin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

NOCOMMENT.az məlumat verir ki, hadisə şəhərin futbol meydançalarının birində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Müsü Etibar oğlu futbol oynayarkən qəfil halı pisləşib.

Ətrafdakı şəxslərin köməkliyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. (Report)

Избранный
16
16
nocomment.az

10Источники