İcarə əsasında “Barselona”da çıxış edən hücumçu Markus Reşford “Mançester Yunayted”də yeni şans qazana bilər.
Əvvəllər “qırmızı şeytanlar”ın yetirməsini bu yay satacağı gözlənilirdi, amma indi vəziyyət dəyişir.
Sportinfo.az “MatchDay Central”-a istinadən xəbər verir ki, 28 yaşlı oyunçu doğma klubuna qayıtmağa və “Mançester Yunayted”in yeni layihəsinin bir hissəsi olmağa hazırdır.
İngiltərəli futbolçunun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
O, bu mövsüm “Barselona”nın heyətində bütün yarışlarda 43 oyunda iştirak edib, 12 qol vurub və 13 məhsuldar ötürmə verib.