RU

Xamaneidən sərt açıqlama

İranın Ali lideri Mücteba Xamanei ABŞ ilə Hörmüz Boğazı ətrafında gərginliyin davam etdiyi bir vaxtda sərt açıqlama ilə çıxış edib. Metbuat.az xəbər verri ki, o bildirib ki, İran donanması düşmənlərinə “yeni məğlubiyyətlərin acısını yaşatmağa tam hazırdır”. Ordu Günü münasibətilə yayımladığı yazılı bəyanatda Xamanei ABŞ və İsrailin hücumları zamanı həlak olan yüksək rütbəli hərbçiləri və əsgərləri anaraq onların xatirəsini yad edib. O qeyd edib ki, İran ordusu həm ABŞ-ın, həm də ölkə daxilindəki “separatçı qüvvələrin və keçmiş rejim tərəfdarlarının” planlarına qarşı qətiyyətlə dayanıb.O, həmçinin müasir hərbi texnologiyalara diqqət çəkərək qeyd edib ki, pilotsuz uçuş aparatları düşmən hədəflərini “ildırım sürətilə” vurur. Bununla yanaşı, İran donanmasının da hər an əməliyyata hazır olduğunu vurğulayıb.


Избранный
18
50
metbuat.az

10Источники