RU

“Roma” “Atalanta” ilə heç-heçə etdi

İtaliya çempionatının 33-cü turu çərçivəsində “Roma” doğma meydanda “Atalanta”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Romanın paytaxt klubunda qalib müəyyənləşməyib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qonaqlar oyuna daha yaxşı başlayıblar. 12-ci dəqiqədə Berqamo təmsilçisi hesabı açıb. Qolu Nikola Krstoviç vurub, ötürməni isə Marten de Ron edib.

Romanlılar fasiləyə qədər hesabı bərabərləşdirə biliblər. Qolu Mário Ermoso vurub, ona məhsuldar ötürməni Devayn Renş verib.

“Roma” bu nəticədən sonra xallarını 58-ə yüksəldib və İtaliya A Seriyası turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. “Atalanta”nın aktivində isə 54 xal var. Berqamo klubu 7-ci sıradadır.

Избранный
39
90deqiqe.az

1Источники