RU

“Lill” evdə “Nitsa" ilə heç-heçə etdi

Fransa çempionatının 30-cu turunda “Lill” doğma meydanda “Nitsa”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmada tərəflər 90 dəqiqə ərzində fərqlənə bilməyib və oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra “Lill” 54 xal toplayaraq turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Nitsa”nın aktivində isə 29 xal var və komanda 15-ci yerdədir. “Nitsa”nın qələbəsiz seriyası 4 oyuna çatıb.

Növbəti – 31-ci turda “Lill” səfərdə “Pari” ilə qarşılaşacaq. Oyun 26 aprel saat 18:15-də başlayacaq. Həmin gün “Nitsa” da növbəti matçına çıxacaq və səfərdə “Marsel”in qonağı olacaq. Görüş saat 21:45-də start götürəcək.

Избранный
22
90deqiqe.az

1Источники