RU

Maşınla vurulan 9 yaşlı uşaq xəstəxanada ölüb

Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Yeni Sabah” "Report"a istinadla bildirir ki, hadisə Xırdalan şəhərinin 27-ci məhəllə ərazisində baş verib.

İlkin məlumata görə, yolu keçmək istəyən 9 yaşlı piyada "Toyota" markalı minik avtomobili tərəfindən vurulub.

Ağır xəsarət alan azyaşlı dərhal tibb müəssisəsinə çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
10
yenisabah.az

10Источники