Türkiyənin aparıcı müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özəl Ankarada ABŞ səfiri Tom Barrakı hədəfə alan fikirlər səsləndirib. CHP lideri Tom Barrak Türkiyə demokratiyası baxımından “arzuolunmaz şəxs”dir və türk xalqından üzr istəməlidir:
“Əks halda, ABŞ səfiri Türkiyədə bu vəzifəni tutmamalıdır. Mustafa Kamal Atatürk tərəfindən qurulan və monarxiyanı rədd edərək müstəqillik müharibəsindən sonra demokratiya yolunu seçən ölkədə bu cür fikirlər qəbuledilməzdir. Buraya gəlib demokratiyanı tənqid edərək eyni zamanda monarxiyanı tərifləmək tamamilə yolverilməzdir”.
Mətləb