RU

Nürburqrinqdə dəhşətli qəza: Pilot həyatını itirdi

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Nürburqrinq 24 saat” yarışının birinci təsnifat mərhələsində pilot Yuha Miettinenin ölümü ilə nəticələnən faciəvi qəza baş verib. 66 yaşlı finn sürücü “Nordsşlayfe” trasında aldığı ağır xəsarətlərdən sonra vəfat edib.

İdman.Biz xəbər verir ki, dörd saatlıq yarışın 25-ci dəqiqəsində, yerli vaxtla saat 17:55-də kütləvi qəza səbəbindən yarış dərhal dayandırılıb. Hadisə trasın məşhur “Karussell” döngəsində baş verib və qəzada ümumilikdə yeddi rəqib avtomobil iştirak edib.

Yarış rəhbərliyinin yaydığı rəsmi bülletendə deyilir:

“Bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verən toqquşmadan sonra xilasetmə işlərinin aparılması üçün yarış dərhal dayandırıldı. Təcili yardım xidmətlərinin hadisə yerinə dərhal çatmasına baxmayaraq, tibbi personal pilot Yuha Miettineni (121 nömrəli “BMW 325i”) xilas edə bilməyib. Reanimasiya cəhdləri uğursuz olduqdan sonra sürücü Tibb Mərkəzində vəfat edib”.

Qəzaya qarışan digər altı sürücü ehtiyat tədbiri olaraq yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onların həyatı üçün təhlükə olmadığı bildirilir. Baş verən faciə ilə əlaqədar yarış bərpa edilməyib.

Qeyd edək ki, bu, 2013-cü ilin iyunundan bəri “Nordsşlayfe” trasında yarış zamanı qeydə alınan ilk ölüm halıdır.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
42
icma.az

1Источники