RU

Azərbaycan Afrika qitəsi ölkələri ilə əlaqələrin daha da inkişafına xüsusi əhəmiyyət verir

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Joao Bernardo Vieira ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan və Qvineya-Bisau arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, siyasi, iqtisadi, humanitar, turizm, energetika və s. sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Çoxtərəfli platformalar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində ümumi maraqlarımızın irəlilədilməsi istiqamətində birgə fəaliyyətin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin, təbii ehtiyatların işlənməsi sahəsində təcrübə mübadiləsinin aparılmasının, dövlət xidmətlərinin göstərilməsi üzrə bilik və təcrübənin bölüşülməsinin, həmçinin təhsil və peşə hazırlığı istiqamətində təqaüd proqramları və digər imkanlardan daha fəal istifadənin vacibliyi qeyd olunub.

Azərbaycanın Afrika qitəsi ölkələri, o cümlədən Qvineya-Bisau ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyi qeyd olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
11
2
azertag.az

3Источники