RU

Nazirlər təhlükəsizlik çağırışlarının aradan qaldırılmasında dialoq və diplomatiyanın rolundan danışıblar

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Albaniya Respublikasının Avropa və xarici işlər naziri Ferit Hoxha ilə görüşüb.

AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Ceyhun Bayramov Albaniya nazirini bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən siyasi dialoq, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Energetika sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərin aparıcı amillərindən biri olduğu qeyd edilib.

Tərəflər arasında dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan əlaqələrin müxtəlif istiqamətlər üzrə daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, çoxtərəfli platformalarda, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın və həmrəyliyin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, regional və beynəlxalq səviyyədə təhlükəsizlik çağırışlarının aradan qaldırılmasında dialoq və diplomatiyanın rolu xüsusi qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
36
10
azertag.az

10Источники