RU

KXDR sualtı qayıqdan buraxılan ballistik raket sınağı keçirə bilər

BAKI, 19 aprel. TELEQRAF

Koreya Xalq Demokratik Respublikasının bir neçə qısa mənzilli ballistik raket buraxdığı və onların sualtı qayıqlardan atılan raketlər ola biləcəyi ehtimal edilir.

Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" Cənubi Koreya hərbi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, raketlər aprelin 19-da yerli vaxtla saat 06:10 radələrində Sinpho ərazisindən şərq istiqamətində buraxılıb. Cənubi Koreya hərbi qurumlarının qiymətləndirməsinə əsasən, raketlər təxminən 140 kilometr məsafə qət edib. Hadisədən sonra ölkə prezident administrasiyası yanında milli təhlükəsizlik məsələləri üzrə iclas keçirilib.

Bildirilir ki, Sinpho şəhərində sualtı qayıq bazası yerləşir. Bu səbəbdən raketlərin sualtı qayıqlardan buraxılan ballistik raketlər ola biləcəyi istisna edilmir. Hərbçilər həm dəniz, həm də quru bazalı raketlərin eyni vaxtda buraxılması ehtimalını da araşdırır.

Əgər bu ehtimal təsdiqlənsə, bu, 2022-ci ilin may ayından bəri ilk belə sınaq olacaq.

Избранный
27
teleqraf.com

1Источники