Hörmüz boğazının blokadası tətbiq ediləndən bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarından çıxan 23 ticarət gəmisinə xəbərdarlıq edib.
"Ölkə.az" xəbər verir kiBu barədə ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) sosial media platforması X-də məlumat verib.
Bəyanatda deyilir ki, blokada başlayandan bəri 23 gəmi Amerika qüvvələrinin təlimatlarına tabe olaraq geri qayıdıb.
Pentaqon qeyd edir ki, blokadanı təmin etmək üçün görülən tədbirlərin bir hissəsi olaraq, bu günə qədər Amerika hərbçiləri bu gəmilərin heç birinə müdaxilə etməyib.
Bu arada, "The Wall Street Journal" qəzeti Amerika rəsmilərinə istinadən bildirib ki, Hörmüz boğazında blokada əməliyyatlarında iştirak edən ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin hücum bölmələri İranla əlaqəli neft tankerlərini ələ keçirməyə hazırlaşır.
Elvin
Ölkə.az