RU

Bu gün 600-dən çox namizəd PMS imtahanı verəcək

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı(PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə)keçirəcək.

DİM-dən Trend-əbildirilib ki, imtahan vermək üçün 606 (KOSS – 71, MHBS - 394,İSMUBS - 141) nəfər müraciət edib.

İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda təşkilediləcək və saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələnnamizədlər imtahan binasına buraxılmayacaq. İmtahan binasına mobiltelefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator vədigər elektron cihazlar, konspekt, lüğət, cədvəl, pozan, çanta,məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçıvasitələr gətirmək qadağandır.

Üç saat davam edəcək namizədlərə 40 test tapşırığı təqdimolunacaq. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 ballaqiymətləndirilir.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini(şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) və imtahanaburaxılış vərəqəsini gətirməlidirlər.

Избранный
10
6
az.trend.az

10Источники