RU

İrandan Avropaya: Başqalarına dərs vermək üçün...

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Hanı beynəlxalq hüquq?! Avropa Birliyi başqalarına dərs vermək üçün onu toz basmış rəfdən götürür, eyni zamanda da ABŞ və İsrailin əməliyyatlarına səssizcə "yaşıl işıq" yandırır və iranlılara qarşı törədilən vəhşiliklərə göz yumur.

Axar.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai deyib.

"Beynəlxalq hüququn heç bir prinsipi İranın Hörmüz boğazı ilə bağlı hərbi təcavüz məqsədi daşıyan addımların qarşısını almaq üçün tədbir görməyi qadağan etmir.

Bəs Hörmüzdə “qeyd-şərtsiz tranzit keçid?” ABŞ və İsrailin hücumları və ABŞ hərbi qüvvələrinin boğazın ətrafına daxil olması ilə bu qanun qüvvədən düşüb”, - deyə Bəqai vurğulayıb.

Qeyd edək ki, ötən gün AB-nin baş diplomatı Kaya Kallas beynəlxalq hüquqa əsasən, Hörmüz boğazı kimi su yollarından tranzitin açıq və pulsuz qalmalı olduğunu, eləcə də hər hansı bir ödənişli keçid sxeminin qlobal dəniz yolları üçün təhlükəli bir presedent təşkil edəcəyi barədə bəyanat yayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
axar.az

1Источники