RU

Cüdoçumuz bürünc medal QAZANDI

Ajans.az xəbər verir ki, idmançı finala gedən yolda yerli idmançı Tato Qriqalaşviliyə (Gürcüstan) uduzub. Bununla belə, təmsilçimiz bürünc medal qazanıb. İdmançı üçüncü yer uğrunda görüşdə belçikalı Mattias Kasseyə qalib gələrək, bununla da fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.

Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Südabə Ağayeva (70 kq) 1/8 finalda Szofi Ozbasa (Macarıstan), eyni mərhələdə Ömər Rəcəbli (81 kq) Vasiliye Qrujiçiçə (Serbiya) və Murad Fətiyev (90 kq) 1/16 finalda Aleks Çretə (Rumıniya) uduzaraq yarışı mükafatsız başa vurublar. (report)

Избранный
15
5
Ajans.az

8Источники