Bəs Əli harda zədələnib? Bərpa müddəti nə qədər çəkəcək? “Qarabağ”ın akademiya ilə klub arasındakı əlaqələndiricisi Aftandil Hacıyev “Football-plus.az”ın sualını cavabladı:
“U-17 millisinin düşərgəsindən qayıdandan sonra ağrılar hiss edirdi. Bir neçə oyun oynadı, amma hiss olunurdu ki, yaxşı deyil. Qəbələyə təlim-məşq toplanışına getmədi. Klubun həkimləri bununla bağlı AFFA-ya sənəd göndərib. Həkimlərin fikrincə, iki həftəyə məşqə çıxa biləcək”.
Onu da qeyd edək ki, Əli qasıq nahiyəsindən zədə alıb.
MÜZƏFFƏR QULUZADƏ