RU

Bəyin dostlarının zarafatı müzakirə yaratdı Toyda YAS QURDULAR VİDEO

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sosial şəbəkələrdə yayılan toy görüntüləri geniş müzakirələrə səbəb olub.

Milli.Az  xəbər verir ki, bəyin dostlarının etdiyi qeyri-adi zarafat mərasimə qatılanları və izləyiciləri təəccübləndirib. Belə ki, onlar toy günü şadlıq sarayına sanki yas mərasimi qururmuş kimi daxil olublar. Dostlar bəyin şəkillərini "mərhum" kimi əllərində tutaraq, çələnglərlə zala daxil olub.

Görüntülərdə bu addımın zarafat məqsədilə edildiyi hiss olunsa da, sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları bunu yersiz və hörmətsiz zarafat kimi qiymətləndiriblər.

Digər istifadəçilər isə hadisəyə daha yumoristik yanaşaraq, bunu dostların fərqli və yadda qalan sürprizi kimi dəyərləndirib.

Paylaşım qısa zamanda viral olub və minlərlə baxış toplayaraq müxtəlif fikirlərin səsləndirildiyi müzakirə mövzusuna çevrilib.

Musa

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
50
1
news.milli.az

2Источники