Bu il martın 18-də keçirilən test imtahanında müvəffəqiyyət qazanmış taksi sürücülərinin şəhadətnamələrinin verilməsinə başlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Məlumata görə, taksi sürücüsü olmaq istəyənlərin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş imtahanda uğur qazanmış şəxslər şəhadətnamələrini aprelin 20-dən etibarən əldə edə bilərlər. Namizədlər şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə sənədlərini DİM-in Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan götürməlidirlər.