RU

Ya bitirəcək, ya da qızışdıracaq - Bu gün məlum olacaq!

Premyer Liqada çempionluq və avrokuboklara vəsiqə uğrunda mübarizə daha çox diqqət çəksə də, bölgə azarkeşlərinin dərdi başqadır.

Elitada çıxış edən 6 region komandasından 4-ü elitada qalmaq tapşırığının öhdəsindən gəlməyə çalışır.

11 xalla sonuncu pillədə yer alan “Karvan-Yevlax” üçün hədəfə çatmaq möcüzəyə bərabərdir. Yevlax təmsilçisi elitanı tərk etməyə ən real namizəddir.

11-ci pillədəki “Qəbələ”nin 19, 10-cu sıradakı “Kəpəz”in 21, 9-cu yerdə qərarlaşan “İmişli”nin 26 xalı var.

Bu, o deməkdir ki, mövsümü 11-ci pillədə başa vuran və I Liqanın 2-cisi ilə pley-off oynayan növbəti komanda da bölgə təmsilçilərindən biri olacaq. Bu ada ən real namizəd “Kəpəz”lə “Qəbələ”dir.

“İmişli” ötən tur Qəbələ səfərindən vacib 3 xalla ayrılmaqla 11-ci pillədəki “Qəbələ” ilə xal fərqini 7-yə yüksəldərək təhlükəli zonadan müəyyən qədər uzaqlaşıb.

28-ci turda “Kəpəz”in Yevlaxda “İmişli”ni qəbul edəcəyini nəzərə alsaq, yekun nəticə ümumi durumu kökündən dəyişə bilər.

Gəncəlilər mümkün qələbə sayəsində imişlilərlə xal fərqini 2-yə endirmək, “Qəbələ” Sumqayıt səfərində qalib gəlməklə rəqiblərinə yaxınlaşmaq şansı qazanacaq.

Yox, “İmişli” növbəti səfər qələbəsini qazansa, bu, debütantın qarşıya qoyulan hədəfin öhdəsindən 90-95 faiz gəlməsi anlamını verəcək. Çünki xal fərqi artacaq, pley-off təhlükəsi uzaqlaşacaq.

“Kəpəz”in son 2 görüşü məğlub başa vurması və heyətdə ciddi itkilərin olması baş məşqçi Azər Bağırovu qayğılandırır. Lakin itiriləcək heç nə yoxdur. Məğlubiyyət ciddi mənada heç nəyi dəyişməyəcək, əksinə, indiki məqamda qələbə mütləqdir.

Aprelin 19-da Yevlax şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 15:30-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
44
sportinfo.az

1Источники