RU

Zelim Kotsoyev bürünc medal uğrunda görüşə buraxılmayacaq


Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə buraxılmayacaq.
Yeniavaz.com
"Report"a istinadən xəbər verir ki, Zekim Kotsoyev yarımfinalda Simeon Katarina (Niderland) ilə dueldə qadağan edilmiş fəndə görə birbaşa hansoku-make aldığı üçün bürünc medal görüşündən kənarlaşdırılıb.
Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinov (+78 kq) mübarizəni erkən dayandırıblar.
Qeyd edək ki, bununla da yığma qitə birinciliyini 4 medalla başa vurub. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Избранный
69
28
yeniavaz.com

10Источники