RU

AÇ: Zelim Kotsoyev diskvalifikasiya edilib - YENİLƏNİB

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə buraxılmayacaq.

Azreform.info "Report"a istinadla xəbər verir ki, Zelim Kotsoyev yarımfinalda Simeon Katarina (Niderland) ilə dueldə qadağan edilmiş fəndə görə birbaşa hansoku-make aldığı üçün bürünc medal görüşündən kənarlaşdırılıb.

Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinov (+78 kq) mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, bununla da yığma qitə birinciliyini 4 medalla başa vurub. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

***

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

Azreform.info "Report"a istinadla xəbər verir ki, yarımfinalda Niderland idmançısı Simeon Katarinaya uduzan təmsilçimiz bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Избранный
25
28
azreform.info

10Источники