RU

Azərbaycan cüdoçuları Avropa çempionatını dörd medalla başa vurublar

Tbilisi, 19 aprel, AZƏRTAC

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatını dörd medalla başa vurublar.

AZƏRTAC xəbər verir ki, bunlardan 1-i gümüş, 3-ü isə bürünc mükafatdır.

Avropa çempionatında Hidayət Heydərov (73 kiloqram) ikinci, Əhməd Yusifov (60 kiloqram), Turan Bayramov (66 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) üçüncü yeri tutublar.

Turnirə bu gün yekun vurulacaq.

Müxbir - Aynur Əlixanlı

Избранный
29
6
azertag.az

7Источники