RU

Kəmaləddin Heydərov yeni müavinləri ilə final oyununu izlədi - FOTOLAR

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, burada “Xilasedici” və “Ordu” üz-üzə gəlib.

3:1 (24:26, 25:16, 27:25, 25:21) hesabı ilə qalib gələn “Xilasedici”çempion, “Ordu” ikinci yerin sahibi olub.

Final görüşünü fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və müavinləri də izləyib.

Onlardan Cəbrayıl Xanlarov və daxili xidmət general-mayoru Yusif Nəbiyev bu yaxınlarda nazir müavini təyin olunublar.

Çempion komandaya kubok və medalları, habelə 2-ci və 3-cü yeri tutmuş komandalara medalları Kəmaləddin Heydərov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Gömrük Komitəsinin sədri - Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, həmçinin digər rəsmilər təqdim ediblər.

xilasedici-komandasi-voleybol-uzre-azerbaycan-cempionu-oldu






Избранный
5
1
sportinfo.az

2Источники