RU

"İmişli" hesabı açdı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 28-ci tura yekun vurulur.

QOL.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan iki görüşdən 1-i artıq başlayıb.

Əvvəlcə "Kəpəz" "İmişli"ni qəbul edir. Bu komandaların ilk dövrədəki oyununda "İmişli" 3:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə qolsuz heç-heçə qeydə alınıb.

Turun son oyununda isə "Qəbələ" "Sumqayıt"ın qonağı olacaq. Mövsüm ərzindəki oyunlarda "Sumqayıt"ın üstünlüyü var. Belə ki, ilk dövrədə Saşa İliçin komandası "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib. İkinci dövrənin matçı isə qolsuz heç-heçə ilə başa çatıb.

19 aprel (bazar)

Misli Premyer Liqası, 28-ci tur

15:30. “Kəpəz” - “İmişli”  - 0:1 (Birinci hissə)

Qol: Azər Salahlı, 38

Yevlax şəhər stadionu

18:00. “Sumqayıt” - “Qəbələ”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17 aprel (cümə)

“Zirə” - “Neftçi” - 1:1

“Araz-Naxçıvan” - “Turan Tovuz” - 0:3 

18 aprel (şənbə)

“Qarabağ” - “Sabah” - 0:1

“Karvan-Yevlax” - “Şamaxı” - 1:0


Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 18 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Избранный
36
8
teleqraf.com

9Источники