RU

Bombardir "Qarabağ"la oyundan sonra birbaşa xəstəxanaya aparıldı - FOTO

"Sabah" Premyer Liqanın 28-ci turunda "Qarabağ"ı məğlub etməklə (1:0) çempionluq məsələsini bitirmiş oldu.

Əbəs deyil ki, matçdan sonra futbolçular 3 xalı xüsusi canfəşanlıqla qeyd etdilər.

Komandanın bombardiri Coy-Lens Mikels belə məqamda yoldaşlarından uzaq düşməli oldu.

Son saniyələrdə zədələnən almaniyalı yerini Xəyal Əliyevə verdi.

Klubun həkimləri ilkin müdaxiləni meydanın kənarında etdi.

Lakin bu yetərli olmayınca, futbolçu təcili tibbi yardım maşını ilə stadiondan birbaşa xəstəxanaya aparıldı.

28 turdan sonra Coy-Lens Mikelsin aktivində 18 qol var.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
25
sportinfo.az

1Источники