RU

Mikelsin son durumu müəyyənləşib

BAKI, 19 aprel. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXVIII turunda keçirilən "Qarabağ" - "Sabah" (0:1) matçında zədələnən Coy-Lens Mikelsin durumuna aydınlıq gəlib.

Teleqraf xəbər verir ki, ilkin müayinənin nəticəsinə əsasən, hücumçunun üz nahiyəsində sınıq aşkarlanıb.

Futbolçunun əlavə tibbi müayinədən keçəcəyi, daha sonra müalicə və bərpa müddətinin dəqiqləşəcəyi gözlənilir.

Qeyd edək ki, Mikels qarşılaşma zamanı aldığı zərbədən sonra oyunu davam etdirə bilməmişdi.

Избранный
16
teleqraf.com

1Источники