RU

Razılaşmanı qəbul etməsələr, zərbə endiriləcək - Trampdan İrana sərt xəbərdarlıq

Donald Trump İranın Hörmüz boğazı ətrafında atəş açmaq qərarını atəşkəsin pozulması kimi qiymətləndirib.

"Unikal" xəbər verir ki, o, “Truth” sosial şəbəkəsində paylaşımında bildirib ki, açılan atəşlər Fransa və Böyük Britaniyaya məxsus gəmilərə istiqamətlənib.

Tramp qeyd edib ki, İranın boğazı bağlamaq cəhdi əslində özünə zərər vurur və ölkə gündə yüz milyonlarla dollar itirir. O, ABŞ-ın isə bu vəziyyətdən zərər görmədiyini, əksinə bəzi gəmilərin ABŞ limanlarına yönəldiyini vurğulayıb.

ABŞ lideri əlavə edib ki, Vaşinqton İranla ədalətli razılaşma təklif edir. Onun sözlərinə görə, əgər Tehran bu təklifi qəbul etməsə, ABŞ ölkədəki elektrik stansiyaları və körpülər də daxil olmaqla mühüm infrastruktur obyektlərinə zərbə endirə bilər.

Tramp həmçinin bildirib ki, ABŞ nümayəndə heyəti danışıqlar üçün Pakistanın paytaxtı İslamabada yollanır.

Избранный
14
50
unikal.az

10Источники