Manə Mollayeva və Aytac Şərifova qadınlardan ibarət millimizin heyətində 50-ci oyunlarını keçirib.
"Football-plus.az" xəbər verir ki, hər iki futbolçuya dünən Andorra ilə qarşılaşmadan əvvəl AFFA adından xatirə olaraq millinin rəsmi forması verilib.
Yubilyarlara hədiyyəni AFFA-nın baş katibi Cahangir Fərəcullayev və gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта