"Gərgin oyun idi. 4 basketbolçu olmadan oynadıq". 

Offsideplus.az xəbər verir ki, bu sözləri NTD üzərində qələbədən (102:97) sonra "Neftçi"nin məşqçisi Daviti Çivçivadze Azbasketbol-a açıqlamasında deyib. 

"Uşaqlar çox yaxşı iş gördülər, xarakter, döyüşçü olduqlarını göstərdilər. Onlar ilə fəxr edirəm. NTD-ni də təbrik edirəm, onlar möhkəm rəqibdirlər. Gələcəkdə uğurlar arzulayıram. Ümid edirəm ki, oyunçular "Abşeron Lions"a qarşı oyuna hazır olacaqlar. Onlara ehtiyacımız var. Çətin çelenc olacaq. Azarkeşlərə təşəkkür edirəm. İlk saniyədən sona qədər yanımızda oldular, dəstək göstərdilər. Bütün "Neftçi" komandasını təbrik edirəm". 

Geniş açıqlamanı təqdim edirik:

View this post on Instagram

A post shared by azbasketbol (@azbasketbol)