RU

“Azərbaycanda voleybolun inkişafına tam əminəm” Şahin Bağırov

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi ölkədə bu idman növünün inkişafına tam əmindir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov deyib.

Qurum rəsmisi ölkədə voleybolun inkişafını yüksək qiymətləndirib:

"Bütün idmançılara təşəkkür edirəm. Çempionat boyu əzmkarlıq göstərdilər. Ölkəmizdə idman fəaliyyətində əldə olunmuş nailiyyətlər Azərbaycan üçün uğurdur. Komandaların sayı çoxalır. Artıq ölkədə 170-dən artıq komanda mövcuddur. Qarşıda hədəflərimiz var. Ölkə rəhbərliyi tərəfindən idmana xüsusi diqqət ayrılır.

Azarkeşlərə minnətdarlığımı bildirirəm. Onların burada olması idmançılar üçün motivasiyadır. Çempionat boyu media nümayəndələri də davamlı olaraq yarışı işıqlandırdılar.

Azərbaycanda voleybolun inkişafına tam əminəm. Komandalar çox yaxşı oyun göstərdilər. Hər birinə uğurlar arzulayıram".

Qeyd edək ki, qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi "Turan" olub. "DH Volley" ikinci, "Gəncə" üçüncü olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
3
azpolitika.info

4Источники