RU

Kaşkilya: “Nəticəni ədalətli saymaq olar”

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının XXVIII turunun “Kəpəz” – “İmişli” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Oyuna bütün komanda hazır idi. Bütün kollektiv ancaq qələbə haqda düşünürdük. Bu qalibiyyəti Mozesə həsr edirik. Üç gün əvvəl atası rəhmətə gedib, bu gün çox əzmkar oynadı. Psixoloji köklənmək çətin olsa da, özünü yaxşı göstərdi, diqqətini maksimum saxladı. Bura gəlib bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Standart vəziyyətlərə çox hazırlaşırıq. Bu gün də belə qol vurduq. İlk hissədə fərqi artıra, oyunu daha tez bitirə bilərdik. Futbolçular real qol şanslarından yararlana bilmədi. İkinci hissədə “Kəpəz” üstünlüyü ələ aldı. Açıq oynamağa başladılar. Əks-hücumlarda şanslarımız oldu, amma fərqlənə bilmədik. Oyunun sonları gərgin keçdi və çalışdıq, tempi aşağı salaq. Oyuna baxanda nəticəni ədalətli saymaq olar. Qarşıdakı oyunlara köklənəcəyik.

– Mətbuatda sizin növbəti mövsümdə komandadan ayrılacağınız yazılır. Bu barədə rəhbərliklə söhbətiniz olubmu?

– Bütün diqqətimiz bu mövsümdədir. Məqsədimizə çatdıqdan sonra bu barədə danışıqlarımız ola bilər. Hamı bildiyi kimi, əsas hədəf Premyer Liqada qalmaqdır. Şanslarımız çox olsa da, hələ heç nə 100 faiz təmin olunmayıb.

– Uzun müddətdir zədəli olan Vüsal Qənbərovun bundan sonraklı matçlarda daha çox oyunda olacağını gözləmək olarmı?

– Zədəsini tam sağaltsa da, 3-4 ay futboldan uzaq qaldığı üçün bu proses yavaş-yavaş baş verməlidir. Sonrakı matçlarda oyun vaxtının çox olacağını gözləmək olar.

– Mövsümün əvvəlində “İmişli”nin sonuncu yer tutacağı proqnozlaşdırılırdı. İndiki halda sonuncu pillədən 15 xal irəlidəsiniz…

– Çətinliklər, pis şərtlər və s. bunlara baxmayaraq, komandanın əsl xarakterini göstərir. Mövsümün əvvəlində texniki heyət komandanın bu keyfiyyətinə çox inanırdı. Bu çətinliklər “İmişli”ni formalaşdırdı. Bu zarafat deyil. 1-ci Liqadan yüksələn komanda üçün ilk ilində bu xalları yığmaq asan deyil.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
futbolpress.az

1Источники