RU

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Biləsuvarda gənc oğlanın meyiti tapıldı

Biləsuvar rayonunda kişi meyiti aşkarlanıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində baş verib.

Məlumata görə, kənd sakini, 2003-cü il təvəllüdlü Riyad Xəlil oğlu İbadovun meyiti yaşadığı evin həyətində yerləşən köməkçi tikilidə bu gün səhər saatlarında tapılıb.

Bildirilib ki, R. İbadov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub və təxminən iki ay əvvəl ordudan tərxis edilib.

Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

Избранный
18
3
bizim.media

4Источники