RU

Dörd güləşçimiz medal qazandı

Türkiyənin Antalya şəhərində güləş üzrə "Çempionlar" turniri davam edir.

"Unikal" xəbər verir ki, U20 yaş qrupu üzrə keçirilən turnirin ikinci günündə dörd güləşçimiz fəxri kürsüyə yüksəlib.

Sərbəst güləşdə Nurlan Ağazadə (74 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşində 87 kq-da Orxan Hacıyev gümüş, Abdullah Həsənov isə bürünc medalla turniri başa vurublar.

Qadın güləşində isə Esra Məmmədli (53 kq) üçüncü yeri tutub.

Избранный
17
unikal.az

1Источники