RU

İran bu hava limanını beynəlxalq uçuşlar üçün açır

İranın şimal-şərqində yerləşən Məşhəd şəhərinin hava limanı aprelin 20-dən etibarən beynəlxalq reyslərin qəbulunu və yola salınmasını bərpa edəcək.

Publika.az IRIB dövlət teleradio şirkətinə istinadla xəbər verir ki, bundan əvvəl Tehran da daxil olmaqla, İranın altı hava limanında aviaəlaqənin qismən bərpası barədə məlumat verilmişdi.

Aprelin 18-də İslam Respublikasının hava məkanının qismən açılması elan edildikdən sonra Omandan İrana ilk sərnişin təyyarəsi yola düşüb. Bu hadisə digər ölkələrlə aviaəlaqənin normallaşdırılması istiqamətində ilk addım olub.

İran ABŞ və İsrail ilə hərbi münaqişə səbəbindən dayandırılmış beynəlxalq uçuşları tədricən bərpa edir.

Избранный
6
24
publika.az

10Источники