RU

Bakıda qızıl qiymətinə, 2 milyon manata olan torpaq QİYMƏTLƏRİVİDEO

Bakının bəzi ərazilərində torpağın 1 sotu 2 milyon manatdır.

Paytaxtın daşınmaz əmlak bazarında ən kəskin qiymət artımı məhz torpaq sahələrində müşahidə olunur. Xüsusilə Səbail, Nəsimi və Yasamal rayonlarının mərkəzi hissələrində qiymətlər rekord həddədir.

Xezerxeber.az-ın xəbərinə görə, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, premium zonalarda yerləşən torpaq sahələrinin qiyməti hazırda milyon manatdan başlayır.

Qiymətlərin bu qədər yüksək olması təkcə yerləşmə yeri ilə bağlı deyil. Əsas səbəb paytaxtın mərkəzində torpaq resursunun tükənməsidir. Təklif azaldıqca, tələbat və qiymət mütənasib şəkildə artır. Ekspertlər bildirirlər ki, torpaq sahələri digər əmlak növlərini bahalaşma sürətinə görə xeyli qabaqlayır.

Mərkəzdən kənarlaşdıqca rəqəmlər nisbətən azalsa da, ümumi tendensiya yüksəlişə doğru gedir. Xəzər, Qaradağ və Pirallahı rayonlarında isə artım dinamikası hələ ki, digər ərazilərlə müqayisədə aşağı səviyyədə qalmaqdadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
17
xezerxeber.az

1Источники