RU

Alfa nəslinin seçimləri iqtisadiyyatı təhdid edir

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Ənənəvi ailə modelinin əsas sütunları hesab edilən evlilik və uşaq sahibi olma anlayışı yeni nəsil üçün artıq mütləq həyat məqsədi kimi qəbul edilmir.

Qaynarinfo xəbər verir ki, "Alfa nəsli” adlandırılan 13–16 yaş qrupundakı gənclərin gələcək planları əvvəlki nəsillərlə müqayisədə ciddi dəyişiklikləri ortaya qoyur.

Klassik "şahzadə və ağ at” hekayələri və ya böyük ailə süfrələri artıq nostalji xatirəyə çevrilərkən, gənclərin düşüncəsində maliyyə azadlığı, karyera yönümlü uğur və fərdi sərbəstlik daha ön plana çıxır. Təxminən 700 gəncin iştirakı ilə aparılan sorğu bu dəyişimi rəqəmlərlə də təsdiqləyir.

Evlənməyi həyatının bir mərhələsində hədəfləyənlərin payı 51 faizə qədər geriləyib. Uşaq sahibi olma istəyi isə 56 faiz səviyyəsində məhdudlaşır. 1960-cı illərdən bəri davam edən evlilik göstəricilərindəki eniş tendensiyası Alfa nəsli ilə birlikdə daha da dərinləşmiş vəziyyət alır. Bu nəsil romantik bağlılıqlar əvəzinə şəxsi mülkiyyətə sahib olmağı və güclü dost çevrəsini daha etibarlı seçim kimi görür.

Nəsillərarası fərq və iqtisadi risklər

Evliliyə münasibətdəki zəifləmə statistik göstəricilərdə daha aydın görünür. Baby Boomer nəslində 96 faiz olan evlilik göstəricisi Milenyum nəsli üçün 67 faizə düşüb. Alfa nəslinin öncülü sayılan Z nəslinə dair proqnozlar isə bu göstəricinin yarıdan da aşağı düşə biləcəyini göstərir.

Bu vəziyyət yalnız fərdi seçim deyil, həm də ciddi sosial siqnal kimi qiymətləndirilir. Böyük Britaniya kimi ölkələrdə doğum səviyyəsinin sürətlə azalması 2026-cı il üçün "yeni normal” xəbərdarlığını gündəmə gətirib. Tarixdə ilk dəfə ölüm hallarının doğumları üstələyə biləcəyi bir dövrə yaxınlaşılır. Yaşlanan əhalinin iqtisadi yükünü daşıyacaq işçi qüvvəsinin azalması isə vergi artımı və ictimai xərclərin məhdudlaşdırılması kimi ciddi iqtisadi nəticələr yarada bilər.

Hədəf aydındır, lakin özünəinam problemi qalır

Alfa nəali nə istədiyini müəyyən etsə də, daxili ziddiyyətlərlə üzləşir. Araşdırmada iştirak edən gənclərin yalnız yarısı özünü real həyata və yetkinliyə hazır hiss edir. Mütəxəssislər gənclərin maliyyə azadlığı kimi hədəflərə fokuslansa da, gündəlik həyat bacarıqları, müstəqillik və özünəinam məsələlərində çatışmazlıqlar yaşadığını bildirirlər.

Müasir dünya gənclərə yeni hədəflər təqdim etsə də, bu hədəflərə çatmaq üçün lazım olan praktik hazırlığın kifayət qədər təmin olunmadığı vurğulanır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
qaynarinfo.az

1Источники