AFFA Həvəskarlar Liqasında yeni mövsümə start verilib. "Rekord.az" xəbər verir ki, "Baku Arena"nın (köhnə "Şəfa") ehtiyat meydançasında keçirilən Bakı zonasının "Hadrut" - "Məhəllə Uşaqları" (Sumqayıt) qarşılaşmasında qonaqlar qalib gəlib. Orxan Abdullayevin başçılıq etdiyi Sumqayıt təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib. Qolları Məhəmməd Alıyev, Məhəmməd Hüseynov və Vamiq Vəkilxanlı vurublar.
Zonada bu qrupdakı digər komandalar "Qobu", "Universal" və "Bayıl Rovers"dir.
"Məhəllə Uşaqları" komandasını əsas dəstəkçisi Sumqayıt şəhərindəki "Texnotech" mağazasıdır. Rəsmi media dəstəyi "Rekord.az" saytı tərəfindən həyata keçirilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта