RU

Dəfn biznesində rekord: bir ildə 37,5% artım

Rusiyada 2026-cı ilin ilk rübündə dəfn xidmətləri sahəsində kəskin artım qeydə alınıb.

Musavat.com xəbər verir ki, “Kommersant” nəşrinin məlumatına görə, ölkədə cəmi üç ay ərzində 500-dən çox yeni dəfn bürosu fəaliyyətə başlayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,5 faiz artım deməkdir.

Məlumata əsasən, ritual xidmətlər bazarındakı bu genişlənmə Ukraynadakı müharibə fonunda baş verən itkilərlə əlaqələndirilir. Ekspertlər bildirirlər ki, davam edən hərbi əməliyyatlar sosial-iqtisadi sahələrə birbaşa təsir göstərir və bu da bəzi xidmət sahələrində, xüsusilə dəfn sektorunda tələbatın artmasına səbəb olur.

ABŞ-nin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) qiymətləndirməsinə görə, Rusiya müharibə dövründə təxminən 1,2 milyon nəfər itki verib. Bu rəqəmə həm ölənlər, həm də yaralananlar daxildir və qeyd olunur ki, bu miqyas İkinci Dünya müharibəsindən sonra ən yüksək göstəricilərdən biri hesab olunur.

Musavat.com

Избранный
1
1
musavat.com

10Источники