RU

ABŞ: Ələ keçirdiyi gəmi Bəndər-Abbasa doğru hərəkət edirdi

BAKI, 20 aprel. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı – CENTCOM ələ keçirilmiş “Touska” yük gəmisinin Bəndər-Abbas limanına doğru hərəkət etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, komandanlığın yaydığı açıqlamada bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Spruance esminesi gəmini Ərəb dənizi üzərindən keçərkən saxlayıb.

Qeyd olunur ki, İran bayrağı altında üzən gəmi saatda təxminən 31,4 km sürətlə hərəkət edərək İran istiqamətində gedirdi. ABŞ hərbçilərinin iddiasına görə, ekipaj altı saat ərzində verilən xəbərdarlıqlara cavab verməyib.

Bundan sonra esmines gəminin mühərrik bölməsinə 127 millimetrlik “Mark 45” topundan atəş açıb. Daha sonra ABŞ dəniz piyadaları gəminin göyərtəsinə enərək onu nəzarətə götürüblər.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Trump İran gəmisinin dəniz blokadasını yarmağa cəhd etdiyi üçün Oman körfəzi ərazisində ələ keçirildiyini bildirmişdi.

Избранный
45
teleqraf.com

1Источники