RU

Rusiya səmasında yüzlərlə PUA məhv EDİLDİ

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyada ötən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus yüzlərlə pilotsuz uçuş aparatının (PUA) hücumunun qarşısı alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri 19 aprel saat 20:00-dan 20 aprel saat 07:00-dək ölkə ərazisi üzərində ümumilikdə 112 PUA-nı aşkarlayıb və məhv edib. Nazirliyin məlumatına görə, pilotsuz aparatların hücumları Rusiyanın yeddi regionunu əhatə edib.

PUA-lar əsasən Həştərxan, Bryansk, Voronej, eləcə də Kaluqa və Kursk vilayətləri üzərində zərərsizləşdirilib. Bundan əlavə, Ukrayna qüvvələrinin Krasnodar diyarı və Krım istiqamətində də hücum cəhdləri qeydə alınıb. Həmçinin Azov və Qara dəniz akvatoriyalarında da pilotsuz aparatların vurulduğu bildirilir.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
6
redaktor.az

7Источники