RU

“Sabah” azərbaycanlı futbolçularla yolları ayırır?

“Sabah” növbəti mövsüm üçün heyət planlamasına start verib. Daha öncə xəbər verdiyimiz kimi, “bayquşlar” polşalı futbolçu Timoteuş Puxaçla anlaşıb.

İcarə əsasında komandada çıxış edən futbolçu birdəfəlik kluba transfer olunacaq.

Müqaviləsi başa çatan digər oyunçulardan – Amin Seydiyevlə Tellur Mütəllimova isə hələlik yeni sözləşmə təklif edilməyib. Adıçəkilən futbolçuların paytaxt klubundakı aqibəti bəlli deyil.

Onların yeni mövsümdə “Sabah”da  olmayacağı ehtimalı yüksəkdir. Çünki Seydiyevlə Mütəllimov cari mövsüm az forma şansı qazanıblar.

Baş məşqçi Valdas Dambrauskas mövsüm ərzində bu futbolçuların xidmətində çox az yararlanıb.

Əgər oyunçulara yeni sözləşmə təklif edilməsə, onlar “bayquşlar”dan azad agent kimi ayrılacaqlar.

İdmanxeber.az 

Избранный
4
idmanxeber.az

1Источники