RU

Ceyhun Bayramov Banqkokda ESCAP-ın 82-ci sessiyasına sədrlik edib

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov “Heç kimi geridə qoyma:Asiya və Sakit okean regionunda bütün yaş qrupları üçün cəmiyyətininkişafı” mövzusu altında Banqkokda keçirilən BMT-nin Asiya vəSakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-cisessiyasında iştirak edib və iclasa sədrlik edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sessiyanınaçılışında Prezident İlham Əliyevin yazılı müraciəti nazir CeyhunBayramov tərəfindən səsləndirilib.

Bildirilib ki, sessiya zamanı Azərbaycan ümumi çağırışlarınhəlli və inkişafın faydalarının cəmiyyətin bütün təbəqələrinəçatdırılması üçün regional əməkdaşlığın gücləndirilməsininvacibliyini vurğulayıb.

Nazir Bayramov inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşılenerji keçidi, regional bağlantılar, sülh quruculuğu və Cənub-Cənubəməkdaşlığına fokuslanan Azərbaycanın əsas siyasət mesajlarınıdiqqətə çatdırıb.

“Heç kimi geridə qoyma” gündəliyi çərçivəsində Azərbaycanıninsan mərkəzli, dayanıqlı və qarşılıqlı əlaqəli regional gələcəkvizyonu təqdim olunub.

Sessiya zamanı “Azərbaycan 2030” sosial-iqtisadi inkişaf üzrəmilli prioritetlərinin – inklüziv iqtisadi artım, təhsil vəsəhiyyəyə bərabər çıxış, rəqəmsal ictimai xidmətləringenişləndirilməsi, nəsillər arasında bərabər imkanların təminedilməsi kimi istiqamətləri xatırladılıb.

Bununla yanaşı, Avrasiya üzrə bağlantıların inkişafında OrtaDəhlizin strateji əhəmiyyəti vurğulanıb.

Sessiyanın əsas nəticələrindən biri Asiya və Sakit okeanregionunda bütün yaş qrupları üçün sosial inkişafın təşviqinə dairBakı–Banqkok Bəyannaməsinin qəbul edilməsi olub. Bu sənədinklüzivlik və davamlı tərəqqiyə dair ortaq öhdəliyi əks etdirir vəESCAP-ın inklüziv inkişaf gündəliyi ilə birbaşa uyğunluq təşkiledir.

Sessiya region üzrə inklüziv artım, sosial bərabərlik və davamlıinkişaf mövzularında dialoqu inkişaf etdirmək məqsədilə üzvdövlətlərin yüksək səviyyəli nümayəndələrini, beynəlxalqtəşkilatları və BMT tərəfdaşlarını bir araya gətirib.

Azərbaycan çoxtərəfli diplomatiyada fəal rol oynamaqda davamedir və ümumi inkişaf məqsədlərinə dəstək məqsədilə Asiya-Sakitokean regionu ilə əməkdaşlığını daha da dərinləşdirməyəsadiqdir.

Həmrəylik, innovasiya və ortaq məsuliyyət prinsiplərini rəhbərtutaraq, Azərbaycan insanı mərkəzə qoyan, regional bağlantılarıgücləndirən, rəqəmsal və yaşıl keçidləri sürətləndirən, sülh vəəməkdaşlığı möhkəmləndirən inkişaf modelini təşviq edir.

Избранный
2
3
az.trend.az

1Источники