RU

Frenk Lempard "Çempionşip"də mövsümün ən yaxşı baş məşqçisi seçilib

Frenk Lempard "Çempionşip"də (İngiltərə) mövsümün ən yaxşı baş məşqçisi seçilib.

"Far.Az" xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Onun baş məşqçisi olduğu "Koventri Siti" Premyer Liqaya vəsiqəni vaxtından əvvəl təmin edib. Komanda 2000/2001 mövsümündən sonra ilk dəfə elitada mübarizə aparacaq.

Xatırladaq ki, daha əvvəl "Çelsi" və "Everton"da işləmiş İngiltərə millisinin sabiq futbolçusu 2024-cü ilin noyabrında "Koventri Siti"nin uğurları üçün çalışır.

Избранный
4
2
far.az

3Источники