Voleybol üzrə Azərbaycan çempionatı başa çatıb. "Rekord.az" xəbər verir
ki, kişilərin mübarizəsində "Xilasedici", qadınların yarışında isə
"Turan" klubu çempion adını qazanıblar.
Qadın voleybolçuların final
qarşılaşmasından sonra təşkil olunan mükafatlandırma mərasimdə
Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov çıxış
edərək qalibləri təbrik edib:
"Bu gün gözəl oyun nümayiş etdirən,
Yüksək Liqada iştirak edən bütün idmançılara federasiya adından təşəkkür
edirəm. Çempionat boyu hamı əzmkarlıqla mübarizə apardı. Bu gün də
komandalar hər iki qarşılaşmada gözəl oyun göstərdilər. Bir daha bütün
komandaları, xüsusilə də finalda qalib gələn "Turan" komandasını təbrik
edirəm".
AVF rəhbəri dövlət qayğısı nəticəsində voleybolun inkişafın etdiyini deyib:
"Azərbaycanda
bütün sahələrdə inkişaf var. Xüsusilə idmanda olan inkişaf bizi bir
vətəndaş olaraq çox sevindirir. Ölkəmizdə idman hərəkatında əldə olunmuş
nailiyyətlər dövlətimizin gücünü göstərir. Buna görə də biz ölkə
Prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. Federasiya
adından da dövlət başçısına minnətdarlığımızı bildirirəm ki, yaradılan
bu imkanlar sayəsində digər növlər kimi, voleybol da inkişaf edir,
oyunçular yetişir, komandaların sayı artır. Bildiyiniz kimi, 170
komandanın iştirakı ilə aşağı yaş qruplarında çempionat keçirilib və
burada bütün regionlar təmsil olunub. Qarşıda yeni hədəflərimiz var. Mən
fürsətdən istifadə edərək gənclər və idman naziri cənab Fərid Qayıbova,
həmçinin Elm və Təhsil Nazirliyinə, digər aidiyyatı qurumlara
minnətdarlığımı bildirirəm ki, regionlarda idmana xüsusi qayğı
göstərirlər və Azərbaycan Voleybol Federasiya tərəfindən qaldırılan
məsələlərdə də hər zaman bizə dəstək olurlar".
Ş.Bağırov komandalara, oyunçulara göstərilən dəstəyə görə də minnətdarlığını bildirib:
"Mən
bütün azarkeşlərə də təşəkkürümü bildirmək istəyirəm. Oyunu daha da
gözəlləşdirən, idmançılara güc verən azarkeşlərin alqışıdır. İdmançılar
il ərzində bu an üçün hazırlaşırlar. Və bu gün də azarkeşlərin burada
olması onlar üçün böyük dəstəkdir. Media nümayəndələrinə də
minnətdarlığımı bildirirəm. Media nümayəndələri çempionat boyu oyunları
izləyiblər və müxtəlif kütləvi informasiya vasitələrində yayımlayıblar.
Sponsorlara da təşəkkür edirəm, onların davamlı dəstəyi sayəsində biz
voleybolu daha da inkişaf etdirmək imkanı əldə edirik. Xüsusilə
Türkiyədən gələn qonaqlara minnətdarlığımı bildirirəm ki, Azərbaycanda
yaxşı komanda yaradıblar, cənab Yıldırım Demirörənə təşəkkürümü
çatdırıram. Bir daha bütün komandaları təbrik edirəm. Həm finalçılar
"Turan" və "DH Volley" komandaları, həm də bürünc medal uğrunda oynayan
"Gəncə" və "Milli Aviasiya Akademiyası" komandaları çox yaxşı oyun
nümayiş etdirdilər. O cümlədən, dünən baş tutmuş kişi voleybolçuların
oyunları da maraqlı mübarizədə keçib. Bu gün qalib gələn "Turan" klubu
başda olmaqla, bütün komandaları təbrik edirəm, hər bir idmançıya
uğurlar arzulayıram".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта