RU

Netanyahudan İranla bağlı vacib anons: müharibə yenidən başlayır?

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“İranla müharibə hələ başa çatmayıb və istənilən an “yeni inkişaflar” baş verə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, İsrail ABŞ ilə sıx əməkdaşlıq çərçivəsində İrana qarşı fəaliyyətini davam etdirir və artıq “böyük nailiyyətlər” əldə olunub. Bununla belə, Netanyahu vəziyyətin hələ də gərgin olaraq qaldığını vurğulayıb.

“Biz böyük sınaqlar və böyük nəticələr dövründə yaşayırıq… Amma bu, son deyil və yeni hadisələr istənilən vaxt baş verə bilər”, – deyə o, bildirib.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
globalinfo.az

1Источники