RU

Teşkilat serialının yayımı təxirə salındı SƏBƏB

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin TRT 1 telekanalının populyar layihəsi olan "Teşkilat" serialının ötən axşam (19 aprel) yayımlanması nəzərdə tutulan yeni bölümü efirə getməyib. İzləyicilərin maraqla gözlədiyi ekran işinin yayım proqramından çıxarılması geniş müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, telekanalın yayım axışında edilən dəyişiklik nəticəsində, serialın vaxtında izləyicilərə "Böyük Çin Səddi" adlı xarici film təqdim olunub.

Məlumata görə, "Teşkilat"ın yayımının təxirə salınması son günlərdə Türkiyədə baş verən sarsıdıcı hadisələrlə bağlıdır. Belə ki, cəmiyyətdə dərin kədər doğuran məktəb hücumları fonunda bir çox televiziya kanalı əyləncə və döyüş məzmunlu proqramlarını müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. Bundan əlavə, yerli serialların reklam bazarlarındakı gəlir azalmasının da yayım planlamasına təsir etdiyi bildirilir.

"Tims&B Productions" tərəfindən istehsal olunan serialın yaxın günlərdə yeni bölümü ilə yenidən ekranlara dönəcəyi gözlənilir.

Xatırlatma

Türkiyəli jurnalist Birsen Altuntaşın yazdığına görə, bəzi cinayət və zorakılıq mövzulu serialların yeni bölümləri yayımdan qaldırılıb.

"Yeraltı", "Eşref Tek", "A.B.İ." və "Taşacak Bu Deniz" kimi serialların ssenarilərində dəyişikliklər edilməsinə qərar verilib.

Prodüserlər artan reaksiyalara cavab olaraq tədbir görüblər. Seriallarda zorakılıq və silah səhnələrini azaltmaq üçün ssenarilərin yenidən nəzərdən keçiriləcəyi və yeni bölümlərin buna uyğun olaraq yenidən formatlanacağı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
olke.az

2Источники