Nailiyyətlərlə yanaşı, vətəndaşlar ölkədəki mövcud reallıqlar və qarşıda duran çətinliklər barədə də məlumatlandırılmalıdırlar.
KONKRET.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Yalan məlumat və ya qeyri-real vədlər vermək problemlərin həllinə kömək etməyəcək, bu, sadəcə ictimai etimada da xələl gətirəcək”, – o bildirib.
Pezeşkian ölkənin enerji və yanacaq sahələrində də problemlərin olduğunu qeyd edib və bunun həlli üçün diqqətli planlaşdırma, ictimai dəstək və düzgün idarəçilyin vacib olduğunu söyləyib.